Fevralın 22-də Azərbaycanda yeni növ koronavirus (COVID-19) infeksiyası əleyhinə 40 min 398 doza vaksin vurulub.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan bildirilib ki, gün ərzində birinci doza üzrə vurulan vaksinlərin sayı 2958, ikinci doza üzrə 1973, üç və daha çox doza vaksinlərin sayı 33 min 311, pozitiv nəticədən sonra “buster” doza vaksinlərin sayı isə 2156-dır.
Azərbaycanda bu günə qədər vurulan vaksinlərin ümumi sayı 12 milyon 828 min 76, birinci mərhələ üzrə vurulan peyvəndlərin ümumi sayı 5 milyon 288 min 297, ikinci mərhələ üzrə 4 milyon 777 min 7, üç və daha çox doza vaksinlərin sayı 2 milyon 566 min 634, pozitiv nəticədən sonra “buster” doza vaksinlərin sayı 196 min 138-dir.