İdlib əyalətində məktəb bombalanıb

Rusiya döyüş təyyarələrinin və Bəşər Əsədə bağlı helikopterlərin İdlibin cənubuna atdığı bombanın məktəbə düşməsi nəticəsində çoxu qadın və uşaq olmaqla, 17 nəfər yaralanıb.

Türk.az Türkiyə kanallarına istinadən xəbər verir ki, Suriyanın İdlib əyalətinin Habit, Cercenaz, Hiş, Temenia və Hamanın Latamne rayonu bombardman edilib.

Bəşər Əsədə bağlı döyüş təyyarələri Cercenaz bölgəsindəki məktəbi vurub.

Məlumata görə, Rusiya və Bəşər Əsədin döyüş təyyarələrinin son 9 gün ərzində İdlibi bombalaması nəticəsində 29 dinc sakin ölüb, 71 nəfər isə yaralanıb.

ƏvvəlkiPutinin Azərbaycana səfərə gələcəyi tarix məlum oldu
NövbətiSeparatçı Rusiyada həbs edildi