Fevralın 24-də Azərbaycan Respublikasinin Nazirlər Kabineti xüsusi karantin rejiminin müddətinin uzadılması və bəzi məhdudiyyətlərin aradan qaldırılması ilə bağlı tədbirlər barədə Qərar qəbul edib.
AZƏRTAC xəbər verir ki, bu barədə Qərarı Baş nazir Əli Əsədov imzalayıb. Qərara əsasən, koronavirus (COVID-19) infeksiyasının ölkə ərazisində yayılmasının, onun törədə biləcəyi fəsadların qarşısının alınması məqsədilə Azərbaycan Respublikasının ərazisində xüsusi karantin rejiminin müddəti 2022-ci il 1 may saat 06:00-dək uzadılıb.