Azərbaycanda yeni növ koronavirus (COVID-19) infeksiyasına son sutkada 1755 yoluxma faktı qeydə alınıb, 4517 nəfər müalicə olunaraq sağalıb.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, analiz nümunələri müsbət çıxan 23 nəfər vəfat edib.
İndiyədək ölkədə ümumilikdə 781 min 538 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 754 min 41 nəfər müalicə olunaraq sağalıb, 9330 nəfər vəfat edib. Aktiv xəstə sayı 18 min 167 nəfərdir.
Son sutkada yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 10 min 291, bu günə qədər isə ümumilikdə 6 milyon 522 min 155 test icra olunub.