Türk.az xəbər verir ki, partlayış Liviyanın paytaxtı Tripolidə Milli Neft Korporasiyasının ofisində qeydə alınıb. Məlumata görə, partlayış nəticəsində 2 nəfər ölüb, onlarla insan xəsarət alıb.
Daha öncə Korporasiyanın ofisinə maskalı şəxslərin hücum etdiyi xəbər verilmişdi. İçəridə olan terrorçulardan birinin özünü partlatdığı bildirilib.