BDU-nun 50 kafedrasına yeni müdir seçilib

Bakı Dövlət Universitetində (BDU) kafedra müdiri seçkiləri başa çatıb, 50 kafedraya yeni müdir seçilib.

Bu barədə “Report”un sorğusuna cavab olaraq BDU-nun İctimaiyyətlə əlaqələr və informasiya şöbəsinin müdiri Kəmalə Quliyeva bildirilib.

Qeyd olunub ki, seçkilər Təhsil Nazirliyinin Kollegiyasının 2017-ci il 15 noyabr tarixli 5/5 nömrəli Qərarı ilə təsdiq olunmuş “Ali təhsil müəssisələrində kafedra müdiri, dekan və dekan müavini vəzifələrinin tutulması Qaydaları”na uyğun olaraq səsvermə yolu ilə keçirilib.

ƏvvəlkiAzərbaycanda GMO məhsullara dair yeni tələblər müəyyən edilir
Növbəti“Report”un Vətən müharibəsində iştirak etmiş əməkdaşına medal təqdim olunub