Türkiyədən ixracın həcmi və turizmdən gəlirlər ölkə iqtisadiyyatının artım tempinə uyğun olaraq müsbət meyl nümayiş etdirib. Bunu Türkiyənin xəzinə və maliyyə naziri Berat Albayrak deyib.
O, bu barədə 2018-ci ilin II rübündə qeydə alınmış 5,2%-lik iqtisadi artımı şərh edərkən danışıb.
“Statistik göstəricilər Türkiyə iqtisadiyyatında vəziyyətin tədricən sabitləşdiyini göstərir”, – deyə o, qeyd edib.