Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin nəzdində fəaliyyət göstərən Azərbaycan-Fransız Universitetində (UFAZ) Geologiyaya həsr olunmuş simpozium keçirilib.
Bu barədə AZƏRTAC-a UFAZ-dan məlumat verilib. Bildirilib ki, tədbirdə SOCAR-ın Geoloji və Geofiziki Kompilyasiyalar departamentindən doktor Bəylər Aslanov “Yevlax-Ağcabədi Mezozoy çöküntüləri – neft və qaz perspektivləri”, Strasburq Yer və Ətraf Mühit İnstitutundan doktor Matyu Şuster “Küləklə idarə olunan göllər: böyük göllərdə terrigen çöküntülərin köçürülməsində və paylanmasında küləyin rolu” mövzularında məruzə ilə çıxış ediblər.
Sonra iştirakçıların sualları cavablandırılıb.
Simpozium canlı yayımlanıb və Strasburq Universitetinin professor və müəllimləri diskussiyalarda iştirak ediblər.