Amerikanın məşhur videohostinqi aparıcı Solovyova məxsus “Solovyov Live” kanalını blokladı. Bu barədə jurnalist özü Telegram kanalında xəbər verib.
“YouTube Solovyov Live proyektinin əsas və rezerv kanallarını bloklayıb”, — Vladimir Solovyov Telegram kanalında yazmışdır.
Səhifəyə daxil olmaq istərkən istifadəçilər “Bu hesab Youtube ictimai qaydalarını pozduğuna görə bloklanıb» yazısı ilə qarşılaşırlar.
Teleaparıcı Google və YouTube onun proyektinə qarşı apardıqları müharibəyə rəğmən canlı efirə çıxacağını elan edib.
Xatırladırıq ki, bir sıra dövlətlər Vladimir Solovyova qarşı sanksiyalar tətbiq ediblər.