Mollalar məscidlərdə pop-ulduzların konsertinə bilet satmağa başladı – Məhərrəmliyin 1-ci günündə

Tacikistanın Vəhdət şəhərinin məscidlərində pop-ulduzların konsertinə bilet satılır.

Türk.az xəbər verir ki, bu haqda “Azadlıq” radiosunun tacik redaksiyası(“Ozodi”) məlumat yayıb.

Vəhdət şəhərinin məmurları bir sıra yerli hökumət qurumları kimi, məscidləri də sentyabrın 11-də, yəni İslam  təqvimi ilə Məhərrəm ayının 1-də axşam şəhər stadionunda baş tutacaq Tacikistan və Özbəkistan pop-ulduzlarının konsertinə bilet satışı aparmağa məcbur  etməyi qərara alıblar. Bir sıra məscid rəhbərlikləri buna razı olsalar da, adlarını çəkməyən bəzi imamlar İslam ibadətgahı üçün təhqir olan bu rəzil addımı icra etməkdən üz döndəriblər. Digər məscidlərdə isə bir neçə gündür ki, bilet alınması üçün əməlli-başlı növbələr yaranıb…

Qeyd edək ki, İslam şəriətinə görə, məscidlərdə hər hansı bir ticarət, alğı-satqı aparılması qadağan edilir.

Əvvəlki“Report” Agentliyi “Media məktəbi”nin növbəti qrupu üçün təlim proqramına start verib
NövbətiBakı Şəhər Baş Səhiyyə İdarəsinə yeni rəis təyin olunub