Pakistanda İslam Əməkdaşlıq Təşkilatına (İƏT) üzv dövlətlərin Xarici İşlər Nazirləri Şurasının 48-ci toplantısı keçiriləcək.
“Report” xəbər verir ki, məlumatı “TRT Haber” yayıb.
Bildirilb ki, şuranın toplantısı martın 22-23-də Pakistanın paytaxtı İslamabadda keçiriləcək.
Tədbirdə Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu da iştirak edəcək.
Məlumata görə, o, İslamabad səfəri çərçivəsində təşkilata üzv ölkələrdən olan həmkarları ilə ikitərəfli görüşlər də keçirəcək.