Azərbaycanda yeni növ koronavirus (COVID-19) infeksiyasına son sutkada 41 yoluxma faktı qeydə alınıb, 113 nəfər müalicə olunaraq sağalıb.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, analiz nümunələri müsbət çıxan 4 nəfər vəfat edib.
İndiyədək ölkədə ümumilikdə 791 min 695 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 781 min 641 nəfər müalicə olunaraq sağalıb, 9679 nəfər vəfat edib. Aktiv xəstə sayı 375 nəfərdir.
Son sutkada yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 2696, bu günə qədər isə ümumilikdə 6 milyon 681 min 983 test icra olunub.