Təhsildə inkişaf və innovasiyalar üzrə VI qrant müsabiqəsinə layihə qəbul olunur.
Bu barədə AZƏRTAC-a Təhsil Nazirliyindən məlumat verilib. Bildirilib ki, müsabiqədə dövlət tam orta ümumi təhsil müəssisələri və təşkilati-hüquqi formasından asılı olmayaraq bütün ümumi təhsil müəssisələrində çalışan pedaqoji işçilər iştirak edə bilərlər. Müsabiqəyə layihə sənədlərinin (ərizə, layihə təklifi, xərclər smetası, icra planı) qəbulu martın 31-dək aparılacaq.
Müsabiqənin keçirilməsində məqsəd təhsil müəssisələri və təhsilverənlər arasında sağlam rəqabətin və innovativ fəaliyyətin stimullaşdırılmasıdır.
Qrant müsabiqəsi barədə daha ətraflı məlumatla Təhsil Nazirliyinin saytında tanış olmaq mümkündür.