Beynəlxalq Türk Mədəniyyəti Təşkilatına (TÜRKSOY) üzv ölkələrin Mədəniyyət Nazirlərinin Daimi Şurasının fövqəladə iclası Türkiyənin Bursa şəhərində martın 31-də işə başlayıb.
AZƏRTAC xəbər verir ki, mədəniyyət naziri Anar Kərimovun rəhbərlik etdiyi nümayəndə heyətinin iştirakı ilə keçirilən iclasda təşkilatın ötən dövrdəki fəaliyyətinə dair hesabat dinləniləcək, təşkilati və cari məsələlərə baxılacaq.
İclasın gündəliyində olan ən mühüm məsələlərdən biri Şuşa şəhərinin 2023-cu ildə türk dünyasının mədəniyyət paytaxtı seçilməsidir.