Pakistanın Baş nazirinə sui-qəsd planı hazırlanıb

Pakistanın xüsusi xidmət orqanları Baş nazir İmran Xana qarşı sui-qəsd planını üzə çıxarıb.

“Report” xəbər verir ki, bu barədə “Dawn” qəzeti informasiya və teleradioyayım naziri Favad Çoudriyə istinadən məlumat yayıb.

“Bu məlumatdan sonra hökumətin qərarı ilə Baş nazirin mühafizəsi gücləndirilib”, – Çoudri bildirib.

Bundan əvvəl Pakistanın hakim “Ədalət uğrunda Hərəkat” Partiyasının lideri Feysəl Vavda da oxşar bəyanatlarla çıxış edərək, Baş nazirin ölkəni “ölkəni satmaqdan” imtina etdiyinə görə həyatına sui-qəsd planının hazırlandığını bildirib.

Sui-qəsdlə bağlı xəbərlər aprelin 3-də Baş nazirə etimadsızlıq səsverməsi fonunda yayılıb.

ƏvvəlkiSeyid İbrahim Rəisi Prezident İlham Əliyevə təbrik məktubu göndərib
NövbətiQadın güləşçimiz Avropa çempionatında gümüş medal qazanıb