Bakıda baş verən partlayışla bağlı TƏBİB-in tabeliyindəki tibb müəssisələrinə ümumilikdə 37 müraciət olub.
Trend-in məlumatına görə, bunu bu gün keçirilən brifinqdə Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) sədri vəzifəsini icra edən Vüqar Qurbanov deyib.
O bildirib ki, onlardan 23 nəfəri stasionar müalicəyə qəbul olunub:
“Digər şəxslərə isə ilkin tibbi yardım göstəriləndən sonra evə buraxılıb. Stasionara qəbul edilən 2 nəfərə isə yardım olunandan sonra vəziyyətləri normal olduğu üçün evə buraxılıb”
Onun sözlərinə görə, vəziyyəti kritik olan xəstələrin yaxınları ilə mütəmadi əlaqə saxlanılır.
“Müraciətlərin 90%-i yanıq xəsarətləridir. Xəsarət alan şəxslər arasında travmatoloji sınıqla bağlı müraciət edənlər də var. Onlara da aidiyyəti üzrə yardım göstərilib”, – Vüqar Qurbanov deyib.