Azərbaycanda yeni növ koronavirus (COVID-19) infeksiyasına son sutkada 36 yoluxma faktı qeydə alınıb, 44 nəfər müalicə olunaraq sağalıb.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, analiz nümunələri müsbət çıxan 2 nəfər vəfat edib.
İndiyədək ölkədə ümumilikdə 792 min 103 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 782 min 84 nəfər müalicə olunaraq sağalıb, 9 mın 700 nəfər vəfat edib. Aktiv xəstə sayı 319 nəfərdir.
Son sutkada yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 4 min 867, bu günə qədər isə ümumilikdə 6 milyon 721 min 330 test icra olunub.