“Gender Bərabərliyi” İctimai Birliyi Azərbaycan Respublikasının QHT-lərə Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə “Yarımçıq təhsil, erkən nikah…SONU GÖRÜNMƏYƏN GƏLƏCƏK!” layihəsi çərçivəsində Salyan rayonunda 2 tədbir həyata keçirdi.
Salyan rayonunda keçirilən 1-ci tədbiri yetkinlik yaşına çatmayanların hüquqlarnın müdafiəsi üzrə məsləhətçi psixoloq Sevinc Səmədova tədbiri açdı, layihənin işçi qrupunu auditoriyaya təqdim etdi və Salyan rayonunda erkən nikahla bağlı son məlumatlar haqqında danışdı. Tədbir Salyan rayon tarix müzeyində “Yarımçıq təhsil,erkən nikah…SONU GÖRÜNMƏYƏN GƏLƏCƏK!“ layihəsi çərçivəsində “Erkən nikah və onun fəsadları “ mövzusunda keçirildi. Tədbirdə layihə rəhbəri, Gender Bərabərliyi İB-nin sədri Şəkərxanım Əliyevaya söz verildi. O layihənin donoru və icraçı təşkilat haqda ətraflı məlumat verdi. Bildirdi ki, “Layihənin məqsədi erkən və qeyri-rəsmi nikahların törətdiyi hüquqi problemlər və tibbi fəsadlar barədə məktəblilər, valideynlər və tələbələr arasında maarifləndirilmə işinin aparmaqla qızların təhsildən yayınmalarının qarşısını almaqdır”.
2-ci tədbir isə şəhər 2 saylı tam orta məktəbində keçirildi. Tədbiri məktəbin direktoru Aynur Əsgərova giriş sözü ilə acdı. Layihənin aktuallığı və gündəmdə olmasını qeyd etdi. Şagirdlərlə bu mövzuda iş aparıldığını vurğuladı.
Layihənin hüquqşünası Araz Nurməmmədov layihə ilə bağlı ətraflı məlumat verdi və layihənin məqsədlərini açıqladı. Bildirdi ki, “Son zamanlar erkən nigahların sayı artıb. Azyaşlını erkən nikaha cəlb edən hər kəs, o cümlədən erkən nikaha məcbur edən valideynlər, Azərbaycan Respublikasının qanunvericiliyinə əsasən cinayət məsuliyyətinə cəlb olunur. Cinayət Məcəllsinin 176-1 maddəsinə əsasən nikah yaşına çatmayan qızları nikaha daxil olmağa məcbur etmə cinayətdir. Ekspert Ş.Dadaşova erkən nikah, səbəb və fəsadları barədə iştirakçılara məlumat verdi. Bildirdi ki, nikah–kişi və qadının istəyi ilə həyata keçirilən evlilikdir. Erkən nikah 18 yaşına çatmamış şəxslərin ailə qurmasıdır. Erkən nikahlar İH-i orqanları tərəfindən qeydə alınmır. Erkən nikahlar qanunsuz hesab edilir və heç bir hüquqi qüvvəyə malik deyil”. İştirakçılardan Sara Hüseynova, Seyidnisə İsmayılova (psixoloq) mövzunun aktual olduğunu vurğuladı. O belə bir mövzunu gündəmə gətirdiyinə görə Azərbaycan Respublikasının QHT-lərə Dövlət Dəstəyi Agentliyinə və “Gender Bərabərliyi” İB-nə təşəkkür etdi. Sonda tədbir iştirakçılarının çoxsaylı sualları cavablandırıldı və təklifləri qeyd olundu.