Aprelin 9-da Azərbaycanda yeni növ koronavirus (COVID-19) infeksiyası əleyhinə 8 min 975 doza vaksin vurulub.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan bildirilib ki, gün ərzində birinci doza üzrə vurulan vaksinlərin sayı 552, ikinci doza vaksinlərin sayı – 741, üç və daha çox doza vaksinlərin sayı – 7 min 201, pozitiv nəticədən sonra “buster” doza vaksinlərin sayı – 481-dir.
Azərbaycanda bu günə qədər vurulan vaksinlərin ümumi sayı 13 milyon 540 min 995, birinci mərhələ üzrə vurulan peyvəndlərin ümumi sayı 5 milyon 330 min 431, ikinci mərhələ üzrə 4 milyon 832 min 203, üç və daha çox doza vaksinlərin sayı 3 milyon 145 min 148, pozitiv nəticədən sonra “buster” doza vaksinlərin sayı 233 min 213-dir.