Polkovnik şöbədəki qətldən danışdı: “Görüntülərin sosial şəbəkələrdə yayılması…”

Daxili İşlər Nazirliyi sosial şəbəkədə Polis şöbəsində baş verən qətlin görüntülərinin yayılmasına münasibət bildirib.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin rəisi, polkovnik Ehsan Zahidov APA-ya bildirib ki, sözügedən görüntülərin yayılmasında heç bir problem yoxdur və burada məxfilik rejimi pozulmayıb:
“Hadisədən sonra mərhumun yaxınları arasında yaranmış bəzi anlaşılmazlıqlara son qoymaq məqsədilə həmin görüntülər onlara təqdim edilib və bununla da onlarda yaranmış narahatlıqlar aradan qaldırılıb. Eyni zamanda videomüşahidə kamerasının görüntüləri məhkəməyə də təqdim edilib.
Odur ki, bir daha qeyd etmək istəyirəm ki, görüntülərin sosial şəbəkələrdə yayılması heç bir narahatlıq doğurmur”.
Qeyd edək ki, hadisə ötən il sentyabrın 30-da baş verib. Bakı şəhəri Nizami rayon Polis İdarəsinin Post Patrul Xidmətinin əməkdaşı polis nəfəri İsmayıl Məmmədovun xidmətdə olarkən şəxsi münasibətlər zəminində aralarında yaranmış münaqişə zamanı Nizami RPİ-nin 24-cü Polis Şöbəsində xidməti silahdan atəş açaraq həyat yoldaşı Xanım Məmmədovanı qəsdən öldürməsi müəyyən edilib.
Bu gün keçirilən məhkəmə prosesində İsmayıl Məmmədov 18 il azadlıqdan məhrum edilib.

 

ƏvvəlkiHərracda daha 12 nəqliyyat vasitəsi özəlləşdirilib
NövbətiToivo Klaarın Hikmət Hacıyev və Armen Qriqoryanla telefon danışığı olub