Qadın futbolçulardan ibarət Azərbaycan milli komandası dünya çempionatının seçmə mərhələsində bu gün növbəti oyununu keçirib.
AZƏRTAC xəbər verir ki, komandamız Viborq şəhərindəki eyniadlı stadionda Danimarka millisi ilə qarşılaşıb.
Portuqaliyadan olan hakimlər briqadasının idarə etdiyi oyun Danimarka millisinin 2:0 hesablı qələbəsi ilə yekunlaşıb.
Millimizin yer aldığı E qrupuna 24 xalla Danimarka millisi başçılıq edir. Rusiya 15 xalla ikinci, Monteneqro 9 xalla üçüncü, Bosniya və Herseqovina 7 xalla dördüncü, Malta isə 4 xalla beşinci pillədə yer alıblar. Azərbaycan seçməsi 3 xalla sonuncu – altıncı pillədə qərarlaşıb.