Aprelin 12-də Azərbaycanda yeni növ koronavirus (COVID-19) infeksiyası əleyhinə 9 min 660 doza vaksin vurulub.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan bildirilib ki, gün ərzində birinci doza üzrə vurulan vaksinlərin sayı 709, ikinci doza vaksinlərin sayı – 856, üç və daha çox doza vaksinlərin sayı – 7 min 547, pozitiv nəticədən sonra “buster” doza vaksinlərin sayı – 548-dir.
Azərbaycanda bu günə qədər vurulan vaksinlərin ümumi sayı 13 milyon 558 min 968, birinci mərhələ üzrə vurulan peyvəndlərin ümumi sayı 5 milyon 331 min 706, ikinci mərhələ üzrə 4 milyon 833 min 723, üç və daha çox doza vaksinlərin sayı 3 milyon 159 min 255, pozitiv nəticədən sonra “buster” doza vaksinlərin sayı 234 min 284-dür.