ABŞ Dövlət Departamentinin Qafqazda danışıqlar üzrə baş müşaviri Endryu Şofer Bakıya səfərə gəlib.
Trend xəbər verir ki, bu barədə ABŞ-ın Azərbaycandakı səfirliyinin “Twitter” səhifəsində deyilir.
“24-29 aprel tarixlərində Bakıda səfərdə olan ABŞ Dövlət Departamentinin Qafqazda danışıqlar üzrə baş müşaviri Endryu Şoferi salamlayırıq. ABŞ Cənubi Qafqazın dinc, demokratik və firavan gələcəyini təşviq etmək üçün ikitərəfli və çoxtərəfli qaydada əməkdaşlıq etməyə sadiqdir”, – deyə səfirliyin açıqlamasında deyilir.