Prezident Cavid Qurbanovu “Şöhrət” ordeni ilə təltif edib

Prezident İlham Əliyev Cavid Qurbanovun “Şöhrət” ordeni ilə təltif edilməsi haqqında sərəncam imzalayıb.

Bakıxəbər.az xəbər verir ki, sərəncamla Azərbaycan Respublikasının ictimai-siyasi həyatında fəal iştirakına görə Cavid Qənbər oğlu Qurbanov “Şöhrət” ordeni ilə təltif edilib.

Qeyd edək ki, sentyabrın 19-da “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin sədri, Milli Məclisin deputatı Cavid Qurbanovun 60 yaşı tamam olur.

ƏvvəlkiAvstriya kanslerinin müavini Azərbaycanda səfərdədir
NövbətiRusiya prezidenti Vladimir Putin “İl-20” təyyarəsinin Suriyada qəzaya uğramasının Suriya-Türkiyə sərhədində vurulmuş “Su-24″lə müqayisə edilməməsinə çağırıb. “Report” “RİA Novosti”yə istinadən xəbər verir ki, o, bu barədə Macarıstanın baş naziri Viktor Orban ilə danışıqlardan sonra keçirilən mətbuat konfransında bildirib. “Burada, çox güman ki, faciəli təsadüfi hallar zənciri yaşanıb, çünki İsrail təyyarəsi bizim təyyarəni vurmayıb”, – V.Putin deyib. Onun sözlərinə görə, Rusiya Suriyadakı hərbçilərinin əlavə təhlükəsizliyini təmin edəcək və bunu hamı hiss edəcək. Qeyd edək ki, daha əvvəl Rusiya Müdafiə Nazirliyi israilli pilotların Rusiyanın “İl-20” təyyarəsindən sipər kimi istifadə edib özlərinin Suriyanın hava hücumundan müdafiə sistemləri tərəfindən vurulmasına səbəb olduqlarını bildirib. Hadisə nəticəsində 15 Rusiya hərbçisi ölüb.