Rusiya prezidenti Vladimir Putin “İl-20” təyyarəsinin Suriyada qəzaya uğramasının Suriya-Türkiyə sərhədində vurulmuş “Su-24″lə müqayisə edilməməsinə çağırıb. “Report” “RİA Novosti”yə istinadən xəbər verir ki, o, bu barədə Macarıstanın baş naziri Viktor Orban ilə danışıqlardan sonra keçirilən mətbuat konfransında bildirib. “Burada, çox güman ki, faciəli təsadüfi hallar zənciri yaşanıb, çünki İsrail təyyarəsi bizim təyyarəni vurmayıb”, – V.Putin deyib. Onun sözlərinə görə, Rusiya Suriyadakı hərbçilərinin əlavə təhlükəsizliyini təmin edəcək və bunu hamı hiss edəcək. Qeyd edək ki, daha əvvəl Rusiya Müdafiə Nazirliyi israilli pilotların Rusiyanın “İl-20” təyyarəsindən sipər kimi istifadə edib özlərinin Suriyanın hava hücumundan müdafiə sistemləri tərəfindən vurulmasına səbəb olduqlarını bildirib. Hadisə nəticəsində 15 Rusiya hərbçisi ölüb.

    Rusiya prezidenti Vladimir Putin “İl-20” təyyarəsinin Suriyada qəzaya uğramasının Suriya-Türkiyə sərhədində vurulmuş “Su-24″lə müqayisə edilməməsinə çağırıb.

    Türk.az “RİA Novosti”yə istinadən xəbər verir ki, o, bu barədə Macarıstanın baş naziri Viktor Orban ilə danışıqlardan sonra keçirilən mətbuat konfransında bildirib.

    “Burada, çox güman ki, faciəli təsadüfi hallar zənciri yaşanıb, çünki İsrail təyyarəsi bizim təyyarəni vurmayıb”, – V.Putin deyib.

    Onun sözlərinə görə, Rusiya Suriyadakı hərbçilərinin əlavə təhlükəsizliyini təmin edəcək və bunu hamı hiss edəcək.

    Qeyd edək ki, daha əvvəl Rusiya Müdafiə Nazirliyi israilli pilotların Rusiyanın “İl-20” təyyarəsindən sipər kimi istifadə edib özlərinin Suriyanın hava hücumundan müdafiə sistemləri tərəfindən vurulmasına səbəb olduqlarını bildirib. Hadisə nəticəsində 15 Rusiya hərbçisi ölüb.

    ƏvvəlkiPrezident Cavid Qurbanovu “Şöhrət” ordeni ilə təltif edib
    NövbətiRusiyanın müdafiə naziri: “Təyyarəmizin vurulmasını cavasız qoymayacağıq”