Mayının 1-də Azərbaycanda yeni növ koronavirus (COVID-19) infeksiyası əleyhinə 3 min 928 doza vaksin vurulub.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan bildirilib ki, gün ərzində birinci doza üzrə vurulan vaksinlərin sayı 283, ikinci doza vaksinlərin sayı – 380, üç və daha çox doza vaksinlərin sayı – 2 min 962, pozitiv nəticədən sonra “buster” doza vaksinlərin sayı – 303-dür.
Azərbaycanda bu günə qədər vurulan vaksinlərin ümumi sayı 13 milyon 653 min 669, birinci mərhələ üzrə vurulan peyvəndlərin ümumi sayı 5 milyon 340 min 336, ikinci mərhələ üzrə 4 milyon 840 min 600, üç və daha çox doza vaksinlərin sayı 3 milyon 232 min 351, pozitiv nəticədən sonra “buster” doza vaksinlərin sayı 240 min 382-dir.