Azərbaycan neftinin qiyməti 81 dollara yaxınlaşır

Azərbaycanın dünya bazarına çıxararaq satdığı “Azeri LT CIF” markalı xam neftin 1 barelinin qiyməti 0,75 dollar və yaxud 0,94% artıb.

Türk.az xəbər verir ki, “Azeri LT CIF” markalı neftin qiyməti 80,66 dollar/barelə bərabər olub.

Xatırladaq ki, “Azeri LT CIF” neftinin minimal qiyməti 2001-ci ilin dekabrında (19,15 dollar), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 dollar) qeydə alınıb.

ƏvvəlkiKXDR və Cənubi Koreya hərbi sahədə razılaşma imzalayıblar – YENİLƏNİB
NövbətiErmənilər atəşkəs rejimini 87 dəfə pozublar