Bakı Dövlət Universitetinin (BDU) Hüquq fakültəsində dekan vəzifəsinə seçkilər keçirilib.
“Report”un xəbərinə görə, Zaur Əliyev səs çoxluğu ilə fakültənin dekanı seçilib.
1980-ci il təvəllüdlü Z.Əliyev 2010-cu ildən BDU-da çalışır. O, həmçinin Prezident yanında Dövlət İdarəçilik Akademiyasında da pedaqoji fəaliyyətlə məşğul olur. Hüquq üzrə fəlsəfə doktorudur.
Fakültənin əvvəlki dekanı Əmir Əliyev idi.