Qadın voleybolçulardan ibarət Azərbaycan yığmasının kapitanı Ayşən Abduləzimova “Vaşaş” klubunun heyətində Macarıstan çempionu olub.
AZƏRTAC xəbər verir ki, voleybolçumuzun komandası final seriyasında “Bekeşçaba”ya ümumi hesabda qalib gəlib – 3:2. Rəqib komandanın meydanında keçirilən həlledici – beşinci görüşdə “Vaşaş” 3:0 hesabı ilə qalib gələrək çempion adını qazanıb. Oyunda A.Abduləzimova 9 xal toplayıb.
Beləliklə, “Vaşaş” qızıl het-trikə imza atıb. Komanda ölkə çempionluğu və kubokunu qazanıb, həmçinin Mərkəzi Avropa Zonal Assosiasiyasının (MEVZA) turnirinin qalibi olub.