Bolqarıstan iyulun 1-dən etibarən Azərbaycan qazını tam həcmdə ala biləcək.
Trend-in məlumatına görə, bunu Bolqarıstanın baş naziri Kiril Petkov parlamentdə çıxışı zamanı deyib.
“Biz iyulun 1-dən Azərbaycan qazını tam həcmdə ala bilərik, bu, Yunanıstanla sistemlərarası qaz kəmərinin tikintisinin başa çatıb-çatmamasından asılı olmayacaq”, – baş nazir deyib.
K.Petkov həmçinin bildirib ki, iyun ayında ABŞ-dan iki tankerlə mayeləşdirilmiş qaz tədarükü barədə müqavilə imzalanıb.