Aprelin 2-də Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə həyata keçirilən Azad Müəllimlər İctimai Birliyinin “Gənclər və yeniyetmələr arasında oxu mədəniyyətinin aşılanması və stimullaşdırılması ilə bağlı tədbirlərin təşkili” layihəsi çərçivəsində növbəti üçüncü təlim keçirildi.
Həm “Oxunun növləri”, “Elektron kitab, yoxsa, ənənəvi kitab?”, “Kitablardan istifadə qaydası” mövzusunda təlim keçirildi. Oxunun növləri (Nəzərdən keçirmə- Skimming, Axtarış üçün oxu- Scanning, İntensiv Oxu- Təfərrüatlı oxu, Rahat oxu) əyani şəkildə təlim iştirakçılarına göstərildi və həyata keçiridi. “Kitabları qoruyub saxlamaq üçün nə etməliyik?” sualına cavablar səsləndirildi. Elektron və çap kitabının fərqi araşdırıldı. Müsbət və fərqli cəhətləri qrup şəklində işlənərək göstərildi.