Aprelin 14 də Bakı şəhəri Binəqədi rayonu ərazisində yerləşən Zəngilan rayonu 4 nömrəli tam orta məktəbdə Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə həyata keçirilən Azad Müəllimlər İctimai Birliyinin “Gənclər və yeniyetmələr arasında oxu mədəniyyətinin aşılanması və stimullaşdırılması ilə bağlı tədbirlərin təşkili” layihəsi çərçivəsində növbəti altıncı təlim keçirildi.
Layihə barəsində və qarşıda duran vəzifələr haqqında Layihənin rəhbəri Pərvanə Talıbova və Təlimçi Nüşabə Mehtiyeva məlumat verdi. Məktəbin direktoru Seymur Məmmədyarov Layihənin işçi qrupunu və iştirakçıları salamladı və onlara uğurlar arzuladı.
Ekspert Aytac Talıblı tərəfindən diaqnostik qiymətləndirmə və tanışlıq xarakterli sorğu keçirildi.
Təlimçi Nüşabə Mehtiyeva tərəfindən oxunun əhəmiyyətindən bəhs edən filmdən fraqmentlər göstərildi. Təlimçi oxunun tarixi haqqında məlumat verdi. Sorğu- sual üsulundan istifadə edərək iştirakçılarda kitabın yaranma tarixinə maraq oyatdı. Söz assosiasiyası ilə “Nə üçün oxuyaq?” sualına cavab axtarıldı.