Yanvar-aprel aylarında Azərbaycandan Avropa İttifaqına (Aİ) üzv ölkələrə 7 milyard 558,4 milyon ABŞ dolları dəyərində məhsul ixrac edilib.
Dövlət Gömrük Komitəsindən AZƏRTAC-a bildirilib ki, bu göstərici 2021-ci ilin müvafiq dövrü ilə müqayisədə 4 milyard 248,8 milyon dollar çoxdur.
Dörd ayda Aİ ölkələrindən Azərbaycana idxal edilən məhsulun dəyəri isə 639 milyon dollara yaxın olub.