Türkiyədə xəstəxanalar istisna olmaqla, digər yerlərdə qoruyucu maska taxmaq artıq məcburi deyil.
“Report” xəbər verir ki, bu barədə ölkənin səhiyyə naziri Fahrettin Koca məlumat verib.
“Üçüncü gündür ki, gündəlik yoluxma sayı 1 000-dən azdır. İstənilən halda ictimai nəqliyyatda qoruyucu maska taxmaya bilərik. Xəstəxanalar istisna olmaqla, maska taxmaq məcburi deyil. Lakin ictimai nəqliyyatda və insanların sıx toplaşdığı yerlərdə maskaların sizinlə olması daha yaxşıdır”, – nazir tviter səhifəsində yazıb.
Qeyd edək ki, son sutka ərzində Türkiyədə koronavirusa 864 yoluxma halı qeydə alınıb, 2 nəfər ölüb.