Azərbaycan Respublikası Mərkəzi Bankının səlahiyyəti azaldılıb.
Trend xəbər verir ki, bu barədə məlumat Prezident İlham Əliyevin müvafiq fərmanında əksini tapıb.
Fərmana əsasən, Azərbaycan Respublikasının İqtisadi Şurası fəaliyyətinin təşkili məqsədilə yaradılan Şuranın Katibliyinin funksiyasının həyata keçirilməsi Nazirlər Kabinetinə həvalə olunub. Nazirlər Kabineti Şuranın Katibliyinin tərkibini müəyyən edəcək.
Bu vaxta qədər həmin səlahiyyətlər Mərkəzi Bankda idi.