İtaliyanın Ankaradakı səfiri Türkiyənin Xarici İşlər Nazirliyinə (XİN) çağırılıb.
Bu barədə “Report”un yerli bürosuna Türkiyənin diplomatik qaynaqlarından məlumat verilib.
“Romadaki Türkiyə Səfirliyinin çağırışlarına və cəhdlərinə baxmayaraq, İtaliyanın Ankaradakı səfiri Giorgio Marrapodi 4 iyun tarixində Romada PKK-nın simvolları və fotoşəkillərinin yer aldığı nümayişdən narahatlığımızı ifadə etmək üçün bu gün (6 iyun) Nazirliyimizə dəvət edilmişdir”, – xəbərdə deyilir.
İtaliyalı diplomata qeyd olunan tədbirdə terrorçu liderin əsərlərinin ictimaiyyətə nümayiş etdirildiyi bildirilib:
“Türkiyə tərəfindən, fikir və istəklər adıçəkilən şəxsə çatdırılıb. Görüşdə Türkiyənin PKK-nın ictimai sahəyə aşıb-daşan qara piarından, QHT adı altında fəaliyyətindən, İtaliya bələdiyyələri tərəfindən terrorçuların liderinə fəxri vətəndaşlıq verilməsindən narazılığı çatdırılıb”.