2022 Formula 1 Azəbaycan Qran-Prisində ilk qəza halı qeydə alınıb.
Trend xəbər verir ki, qəzanı “Haas” komandasının pilotunu Mik Şumaxer edib.
M.Şumaxerin nasaz bolidi trasdan uzaqlaşdırılıb.
Xatırladaq ki, Mik Şumaxer məşhur Formula 1-in 7 qat qalibi Mixail Şumaxerin oğludur.
Qeyd edək ki, Bakı trekinin uzunluğu 6 kilometrdir. Trekdə 3 yüksəksürətli hissə, 20 döngə var, maksimal sürət isə 360 km/s təşkil edir. Yarışlarda 10 komanda iştirak edir. Formula 1 Azərbaycan Qran-Prisini canlı izləmək üçün 9 tribunada 16700 oturacaq quraşdırılıb.
Bu gün start götürən Formula 1 Azərbaycan Qran-Prisi iyunun 12-dək davam edəcək.