Azərbaycanın cənub bölgələrində ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyinin (USAID) dəstəyi ilə tikilmiş beş soyuducu anbar çiyələyin ixrac imkanlarını xeyli artırıb.
Bu barədə “Report”a ABŞ-ın Azərbaycandakı Səfirliyindən bildirilib.
Qeyd edilir ki, üç il əvvəl Lənkəranda 3 hektarlıq sahədə çiyələk istehsalına başlanılıb, hazırda bu, 250 hektar ərazini əhatə edir.
“Ötən il mən 45 kiçik fermerdən çiyələk alırdım. Bu il USAID-in dəstəyi ilə tikilmiş soyuducu anbar sayəsində ixrac üçün 80 fermerdən çiyələk toplayıram. Xərclənən zəhmətin qarşılığını görən fermerlər bu sahəyə daha çox maraq göstərirlər”, – USAID-in benefisiarı, soyuducu anbarın sahibi İsgəndər Şərifov bildirib.
Çiyələk ABŞ-da yay vaxtı xüsusi olaraq qonaq edilən qidadır.