PASHA Holding daxilində yaradılan yeni “PashaPay” MMC ölkənin fintex ekosistemində böyük innovasiyalar etməyi hədəfləyir.
PashaPay, “xalq brendi” kimi tanınan, 2008-ci ildən əhalinin istifadəsinə verilmiş MilliÖN ödəmə sisteminin əsasında qurulub. İnsanların kommunal ödəniş, balansı artırmaq, borcları ödəmək davranışlarını asanlaşdırmış MilliÖN brendinin ənənələrini davam etdirən şirkət, indi də m10 mobil tətbiqini hazırlayır.
Pul göndərişini komissiyasız etmək, fərdi sahibkarlar üçün nağdsız pulları rahat qəbul etmək,
kommunal ödənişləri avtomatik ödəmək – bir sözlə, pulla bağlı bir çox işləri bu tətbiq vasitəsilə asan şəkildə idarə etmək mümkün olacaq.
Şirkətin missiyası istənilən yerdə, istənilən zaman hər kəsin pulunu asan və rahat idarə etməsi üçün maliyyə xidmətləri hazırlamaqdır. Şirkət həm geniş kütləyə, həm də sahibkarlara “Həyatı asanlaşdırırıq” vədini verir.
Şirkətə həm yerli, həm də xarici peşəkarlardan ibarət geniş komanda cəlb edilib.
Tezliklə PashaPay MMC-nin təqdim etdiyi yeni m10 mobil tətbiqi vətəndaşları sərfəli təkliflərlə və qabaqcıl texnoloji həllərlə sevindirəcək.