Son sutkada Azərbaycanda yeni növ koronavirus (COVID-19) infeksiyasına 91 yoluxma faktı qeydə alınıb, 66 nəfər müalicə olunaraq sağalıb.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, indiyədək ölkədə ümumilikdə 793 min 918 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 783 min 769 nəfər müalicə olunaraq sağalıb, 9 min 719 nəfər vəfat edib. Aktiv xəstə sayı 430 nəfərdir.
Son sutkada yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 1 min 878, bu günə qədər isə ümumilikdə 6 milyon 991 min 514 test icra olunub.