Son sutkada Azərbaycanda yeni növ koronavirus (COVID-19) infeksiyasına 337 yoluxma faktı qeydə alınıb, 152 nəfər müalicə olunaraq sağalıb.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, analiz nümunələri müsbət çıxan 4 nəfər vəfat edib.
İndiyədək ölkədə ümumilikdə 795 min 832 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 784 min 508 nəfər müalicə olunaraq sağalıb, 9733 nəfər vəfat edib. Aktiv xəstə sayı 1591nəfərdir.
Son sutkada yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 3087, bu günə qədər isə ümumilikdə 7 milyon 18 min 167 test icra olunub.