İpoteka və Kredit Zəmanət Fondunun (İKZF) müvəkkil banklara kreditləşmə üçün ayırdığı yeni limitlər bu gündən aktivləşdirilib.
“Report” xəbər verir ki, limitlər saat 11:00-dan aktivdir.
Xatırladaq ki, bu il İKZF-nin vəsaiti hesabına təxminən 3 min Azərbaycan vətəndaşına 230,7 milyon manat adi və güzəştli kredit verilib. Son nəticədə dövlət xətti ilə kredit almış vətəndaşların sayı 39,7 mini, kreditlərin ümumi məbləği isə 2 227 milyon manatı keçib.