Kiprin “Aris” klubu ilə oyunda “Neftçi” komandası növbəti dəfə fərqlənib.
AZƏRTAC xəbər verir ki, UEFA Konfrans Liqasının ikinci təsnifat mərhələsinin cavab oyunları çərçivəsində keçirilən matçın 62-ci dəqiqəsində Kenni Sayef komandasının üçüncü topunu rəqib qapısından keçirib.
Daha əvvəl matçın 38-ci dəqiqəsində Qodsvey Donyo, 57-ci dəqiqəsində isə Eddi İsrafilov qol vurublar.
Qeyd edək ki, Kiprdə keçirilən ilk oyunda Bakı klubu 0:2 hesabı ilə məğlub olub.