Avqustun 7-də Azərbaycanda yeni növ koronavirus (COVID-19) infeksiyası əleyhinə 1424 doza vaksin vurulub.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan bildirilib ki, gün ərzində birinci doza üzrə vurulan vaksinlərin sayı 222, ikinci doza vaksinlərin sayı 72, üç və daha çox doza vaksinlərin sayı 934, pozitiv nəticədən sonra “buster” doza vaksinlərin sayı 196-dır.
Azərbaycanda bu günə qədər vurulan vaksin dozalarının ümumi sayı 13 milyon 829 min 27, birinci mərhələ üzrə vurulan peyvənd dozalarının ümumi sayı 5 milyon 368 min 516, ikinci mərhələ üzrə 4 milyon 858 min 862, üç və daha çox doza vaksinlərin sayı 3 milyon 345 min 731, pozitiv nəticədən sonra “buster” doza vaksinlərin sayı 255 min 918-dir.