Avqustun 11-də Azərbaycanda yeni növ koronavirus (COVID-19) infeksiyası əleyhinə 1766 doza vaksin vurulub.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan bildirilib ki, gün ərzində birinci doza üzrə vurulan vaksinlərin sayı 280, ikinci doza vaksinlərin sayı 147, üç və daha çox doza vaksinlərin sayı 1116, pozitiv nəticədən sonra “buster” doza vaksinlərin sayı 223-dür.
Azərbaycanda bu günə qədər vurulan vaksin dozalarının ümumi sayı 13 milyon 834 min 313, birinci mərhələ üzrə vurulan peyvənd dozalarının ümumi sayı 5 milyon 369 min 371, ikinci mərhələ üzrə 4 milyon 859 min 226, üç və daha çox doza vaksinlərin sayı 3 milyon 349 min 143, pozitiv nəticədən sonra “buster” doza vaksinlərin sayı 256 min 573-dür.