Azərbaycan-Türkiyə hərbi əməkdaşlığının gücləndirilməsi xalqlarımız arasındakı qardaşlığı möhkəmləndirir.
Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin tapşırığına əsasən müdafiə naziri general-polkovnik Zakir Həsənov Zəfər Bayramının 100-cü ildönümü münasibətilə keçiriləcək silsilə tədbirlərdə iştirak etmək üçün avqustun 30-da qardaş Türkiyə Respublikasına işgüzar səfər edəcək.