Sentyabrın 1-dən “İctimai İştirakçılığın Dəstəklənməsi” İctimai Birliyi Siyəzən, Şabran, Xaçmaz, Quba, Qusar rayonlarında “Şimal regionunda ictimai şuraların ictimai iştirakçılıqda rolu və ictimai mexanizimlərin təkmilləşməsinin birgə müzakirəsi” layihəsinə start verib.
Layihə Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə həyata keçirilir.
Layihə Agentliyin elan etdiyi “Açıq hökumətin və ictimai nəzarətin təşviqi, Korrupsiyaya qarşı mübarizə məsələləri” istiqaməti üzrə baş tutacaqdır.
Layihənin əsas məqsədi ictimai iştirakçılığın formalarından biri olan İctimai Şuraların regionlarda fəaliyyətinin monitorinqini aparmaq, bu prosessdə üzərlərinə düşən öhdəliyi yerinə yetirmək imkanlarını, təklif və tövsiyyələri birlikdə müzakirə etməkdir. Bu prossesə yerli ictimai fəal insanların, QHT və icmaların daha aktiv qoşulmasını təşviq etməkdir. Bunun üçün yerli ictimai şura üzvləri və fəallarla birlikdə Dəyirmi Masalar təşkil olunacaq.