Sentyabrın 1-dən “Demokratik İnkişafın Təşviqi” İctimai Birliyi Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə Xaçmaz və Quba rayonlarında “Sözdən Əmələ” – İctimai yerlərdə zibil qutularının birgə monitorinqi və aşkarlanan problemlərin müzakirəsi” layihəsinə start verib.
Layihənin əsas məqsədi ictimai yerlərdə zibil qutularnın yetərli olub-olmamasının bələdiyyə, QHT və fəal vətəndaşlarla birgə monitorinqini aparmaqdır. Monitorinqin nəticələrindən aslı olaraq təhlilər aparıb, maarifləndirici tədbirlərlə ətraf mühitin çirklənməsinin qarşısının alınması üsullarnı müzakirə etməkdir. Bunun üçün layihə çərçivəsində ekoloji maarifləndirməyə həsr olunmuş Dəyirmi Masalar keçirləcək.