General “Tərtər işi” ilə bağlı saxlanıldı

Müdafiə Nazirliyinin Şəxsi Heyət Baş İdarəsinin İdeoloji İş və Mənəvi-Psixoloji Təminat İdarəsinin rəisi vəzifəsini icra edən general-mayor Bəkir Orucov hüquq-mühafizə orqanları tərəfindən saxlanılıb.

Türk.az APA-ya istinadən xəbər verir ki, Bəkir Orucovun hansı səbəbdən saxlanıldığı hələlik açıqlanmasa da, onun “Tərtər işi” ilə bağlı şübhəli şəxs olduğu iddia edilir.

Qeyd edək ki, general-mayor Bəkir Orucov bundan əvvəl Cəmşid Naxçıvanski adına Hərbi Liseyin rəisi olub.

ƏvvəlkiFüzuli hava limanında ilk dəfə “ASAN Viza” sistemi vasitəsilə vizalar rəsmiləşdirilib
Növbəti“Qadın və Uşaqların İnnovativ Maarifləndirilməsinə Dəstək” İctimai Birliyi növbəti layihəsinin icrasına başladı