Son sutkada Azərbaycanda yeni növ koronavirus (COVID-19) infeksiyasına 437 yoluxma faktı qeydə alınıb, 554 nəfər müalicə olunaraq sağalıb.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, analiz nümunələri müsbət çıxan 8 nəfər vəfat edib.
İndiyədək ölkədə ümumilikdə 814 min 435 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 801 min 276 nəfər müalicə olunaraq sağalıb, 9 min 813 nəfər vəfat edib. Aktiv xəstə sayı 3 min 346 nəfərdir.
Son sutkada yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 3 min 191, bu günə qədər isə ümumilikdə 7 milyon 162 min 508 test icra olunub.